Ronaldu: "Məndən daha yaxşısı yox"

16:28 - 8 Dekabr 2017 - İDMAN

"Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldu Frans Futbol nəşrinə özündən razı bəzi açıqlamalar verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qızıl top" sahibi özünü tərifləyərək "Məndən daha yaxşısı yoxdur" açıqlamasını verib: "Məndən daha yaxşısını görmədim. Edə bilmədiklərimi başqa oyunçular da edə bilmir. Amma onların edə bilmədiklərini mən bacarıram"-portuqaliyalı ulduz deyib. 
5-ci dəfə "Qızıl top" mükafatını qazanmaqla Lionel Messiyə çatan ("Barselona"nın argentinalı ulduzu Messi də 5 dəfə bu mükafata layiq görülüb) ulduz futbolçu "məndən daha peşəkarı biri yoxdur. Hər şəraitdə tarixin ən yaxşı futbolçusu mənəm"- iddialı açıqlamasını verib.

Xəbər xətti