Bunlar maraqlıdır

16:11 - 8 Dekabr 2017 - MARAQLI

Məşhur şokolad brendi  "Snickers"in Böyük Britaniya və İrlandiyada əvvəllər "Marafon" adı ilə satıldığını bilirdinizmi? Elə isə aşağıda sizə təqdim edəcəyimiz maraqlı məlumatlarla tanış olun:


* Parisdəki Versal sarayında 1768-ci ilədək tualet olmayıb.

* Çəngəl yemək masasında ilk dəfə 1630-cu ilin 25 iyununda istifadə edilib. Ondan  ilk istifadə edən isə amerikalı Con Unitrop olub.

* 2014-cü ildə "Dünya Sağlamlıq Təşkilatı" Kanadanın Vaythors şəhərini dünyanın ən təmiz havalı şəhəri seçib.

* Məşhur şokolad brendi  "Snickers"  Böyük Britaniya və İrlandiyada əvvəllər "Marafon" adı ilə satılırdı.

* Su saatını e.ə. II əsrdə Qədim Misirdə  yaşayan yunan ixtiraçı Ktesibios düzəldib.  Qeyd edək ki, Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi.  Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdaki deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.

Xəbər xətti