Qüdsdə müsəlmanlarla polis arasında ciddi toqquşma — TƏCİLİ

16:06 - 8 Dekabr 2017 - DÜNYA

Qüds şəhərində müsəlmanlarla İsrail polisi arasında toqquşma baş verib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, şəhərin Dəməşq qapılarında nümayiş edən müsəlmanlarla polis toqquşub.
 

Nümayişçilər Köhnə Şəhər yaxınlığındakı küçəni bağlayıb. Atlı polis etirazçıları qovmağa çalışır. Polisə şüşə qablar atılıb. Kütlə Dəməşq qapılarını keçməyə çalışır.
 

Nümayişçilər arasında xəsarət alanlar var. Yaralananları təcili tibbi yardım maşınları aparıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.

İordan çayının qərb sahillərindəki şəhərlərdə də toqquşmalar baş verib.

Qeyd edilir ki, gözyaşardıcı qazdan 40 nəfər zəhərlənib.

Xəbər xətti