Ana səhifə
15 Noyabr 2018

"Azərbaycanın maliyyə mövqeyi daha da güclənib" - Nazir

"Cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə 6 faiz artıb". Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin iclasında bildirib. Nazir vurğulayıb ki, Azərbaycanın maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard  dollar səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mlrd. dollar və ya 8% artım əldə edilib.

S.Şərifov onu  qeyd edib ki, ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5% səviyyəsində qərarlaşıb.

 

Əfsun

Tarix
9 Oktyabr 2014 [11:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin