Məsciddə partlayış - Ölən və yaralananlar var

14:37 - 8 Dekabr 2017 - DÜNYA

Əfqanıstanda partlayış törədilib.
 
APA-nın 1TV telekanalına istinadən verdiyi məlumata görə, Əfqanıstanın Nanqarhar əyalətində məsciddə törədilən partlayış nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
 
Partlayışın cümə ibadəti zamanı törədildiyi bildirilir.  
 
Terror aktına görə hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Xəbər xətti