“Həyatdan qopmuşdum…” - Narkotiki atan müğənni

00:25 - 9 Dekabr 2017 - MAQAZİN

Amerikalı ulduz Ferqi İngiltərənin məşhur “I newspaper” qəzetinə müsahibə verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yeni həyatından uzun illər istifadə etdiyi narkotikin fiziki və psixoloji zərərlərindən danışıb. 

“Qafqazinfo” xəbər verir ki, səkkiz illik ailə həyatından bir oğlu dünyaya gələn müğənni əri Coş Dyuamelin övladını heç vaxt tək buraxmadığını bildirib. 

Ferqi bir müddət əvvəl narkotikdən istifadə etdiyini, xilas olmaq üçün  mübarizə apardığını qeyd edib:

“Bu narkotik səbəbindən həqiqətlə xəyalı ayıra bilmirdim. Həyatımla bağlantım qopmuşdu,əlaqəm kəsilmişdi və qocalmağa doğru gedirdim. Davamlı olaraq beynimdə oyunlar gedirdi, gözümə əcaib şeylər görünürdü. Birdən- birə arı və ya dovşanlar ortaya çıxırdı. Beynimdəki bu şeylər narkoltiki atandan 1 il sonra yoxa çıxdı”. 

Xəbər xətti