Qurban Qurbanov ilin məşqçisi seçildi

13:29 - 8 Dekabr 2017 - İDMAN

Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
 

Səsvermədə 74 mətbuat orqanından 79 jurnalist iştirak edib. 77 səs toplayan Qurban Qurbanov 8-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 45 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən cəmi iki nəfər “Zirə”nin baş məşqçisi Ayxan Abbasovu fərqləndirib.
 

Qurban Qurbanov 2017-ci ildə “Qarabağ”a ardıcıl 4-cü dəfə Azərbaycan çempionluğunu, 3-cü dəfə Azərbaycan kubokunu qazandırıb. “Qarabağ” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə də vəsiqə əldə edib. “Köhlən atlar” qrup mərhələsində Madrid “Atletiko”su ilə qarşılaşmalarda iki xal qazanıb.

Xəbər xətti