Araq Filadelfiyanı "iflic etdi"

23:08 - 8 Dekabr 2017 - DÜNYA

ABŞ-ın Filadelfiya şəhərində araq daşıyan yük maşını aşıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb.

Qəza yolun hərəkətli hissəsində baş verdiyi üçün hərəkət uzun müddət dayanıb. Maşında olan araq yola dağılıb.

Qeyd olunur ki, qəzanın fəsadlarını aradan qaldırmaq üçün 10 saatdan çox vaxt tələb olunur. Sınmamış araq şüşələri digər maşına yüklənib.

Xəbər xətti