Ərəbistan dənizində faciə — 18 ölü

12:42 - 8 Dekabr 2017 - DÜNYA

Ərəbistan dənizində faciə baş verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 100-dən sərnişini olan qayıq pis hava şəraiti səbəbindən batıb.

İnsident nəticəsində 18 nəfər həlak olub. 40-dan çox sərnişin xilas edilsə də, onlarla itkin düşən var.

Hadisə Pakistan sahillərində baş verib. Sərnişinlər arasında uşaq və qadınlar var. Sahildən 6 km aralıda batan qayıqda ölənlərin sayı 18 nəfərdir.

Qeyd edilir ki, qayıqdakılar dini ayində iştirak etmək üçün yola çıxıblarmış.

Xəbər xətti