Məktəb "zibilin" oduna düşdü - 700 adam təxliyə olundu

22:08 - 8 Dekabr 2017 - DÜNYA

Moskvada məktəblərin birində yanğınla əlaqədar 730 nəfər təxliyə olunub.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, səhər saatlarında məktəb binası yaxınlığında zibil qalağı yanmağa başlayıb.

Qeyd olunur ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar 686 şagird və 41 müəllim binadan çıxarılıb.

Yanğının qarşısı alınıb, xəsarət alanların olmadığı məlumat verilib.

Xəbər xətti