Ana səhifə
18 Fevral 2018

Bürclər - 26 noyabr

Noyabrın 26-a olan astroloji proqnoz

 

QOÇ - Müəyyən qədər xərc çəkəcəyiniz gözlənilir. Əgər bu, xeyirxah istiqamətə yönəlibsə, bundan yalnız məmnun olmaq lazımdır. Bugünkü təqvimdə kimlərisə sevindirmək böyük savabdır.

 

BUĞA - Ulduzlar şəxsi taleyinizdə müəyyən dönüş yaranacağından xəbər verir. Özünüzü hazır bilsəniz, sözügedən proseslərə daha tez nail ola bilərsiniz. Məsləhətlərə ehtiyacınız var. 

 

ƏKİZLƏR - Maddi problemlərinizin olmasına baxmayaraq, ruhdan düşməyin. Əksinə, əzmkarlığınızı daha da artırmaqla bu kimi psixoloji sarsıntıları dəf etməlisiniz. Rəhbər işçilərlə mübahisə etməyin.

 

XƏRÇƏNG - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Əgər bu istiqamətdə uğurlar əldə etsəniz, digər problemləriniz kölgədə qalacaq. Axşam qonaq gedin.

 

ŞİR - Günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Çünki ulduzlar qarşıdakı yeni işlərə "hə" deyir.

 

QIZ - Təxminən saat 14-ə qədər ümumi ovqatınızda süstlük müşahidə olunsa da, sonrakı müddət normal tərzdə cərəyan edəcək. Çıxardığınız hər bir qərarın nəticəsi barədə düşünün.

 

TƏRƏZİ - Hər mənada uğurlu gün hesab etmək olar. Göy qübbəsi sizi müdafiə etdiyindən nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Açıq havada çox durmayın.

 

ƏQRƏB - Təzə xəbər eşidəcəyiniz gözlənilir. Hətta peşənizdən asılı olaraq yeni iş təklifləri də ala bilərsiniz. Günün ikinci yarısında xeyirxah adamlarla rastlaşma ehtimalınız var.

 

OXATAN - Yeni əlaqələr yaratmaq üçün böyük şansınız var. Bu, istər işgüzar istiqamətdə, istərsə də səmimilik zəminində real proqnozdur. Odur ki, oturaq işlərə ara verib aktivlik göstərin.

 

OĞLAQ - Ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, ətrafınızda olan adamlar ovqatınızı az da olsa, yüksəltməyə çalışacaq. Hətta axşama doğru sevindirici xəbər də eşidə bilərsiniz.

 

SUTÖKƏN - Astroloji göstəricilərə əsaslansaq, bu təqvimi nisbətən gərgin şəraitdə başa vuracaqsınız. Neytral olmağa çalışın. Səhhətinizi qorumağınız da məsləhətdir. Bu gün uzaq səfərə çıxmaq münasib deyil.

 

BALIQLAR - Aktiv fəaliyyətə ara verməlisiniz. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sizin üçün ən düşərli məqam işgüzar görüşlərdə iştirak etmək və ya yaxın ünvana qonaq getməkdir. (musavat.com)

 

Tarix
26 Noyabr 2014 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ