Vaqifin 300 illiyi keçirildi - Fotolar

11:08 - 8 Dekabr 2017 - Mədəniyyət

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirakı ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb:

“Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

Gecədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev də çıxış edib.


Xəbər xətti