Ana səhifə
18 Dekabr 2017

Bacı-qardaşı öldürənə ömürlük cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ananı yaralamaqda və iki övladını isə öldürməkdə təqsirləndirilən 20 yaşlı Azər Cəfərova cəza istənilib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsəni istəyib.
Məhkəmə kollegiyasının hökmü ilə A. Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il aprelin 1-də Bakının Nərimanov rayonu, Keşlə qəsəbəsində baş verib. Qayınanasının bacısı Lətifə Qasımovanın evinə gələn A.Cəfərov onun 16 yaşlı oğlu Saqilin və 26 yaşlı qızı Fəridənin boğazını kəsərək öldürüb. Sonra isə L.Qasımovaya bir neçə bıçaq zərbəsi vuraraq onu da öldürməyə xəhd edib. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Xəstəxanaya yerləşdirilən L.Qasımovanın həyatınl xilas etmək mümkün olub.

Tarix
7 Dekabr 2017 [17:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ