Ana səhifə
26 Sentyabr 2018

Aeroportda qədim Azərbaycanın pul vahidləri tapıldı: 68 sikkə

Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərdən birində orta əsrlərə aid sikkə aşkar olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün hava limanına gələn Türkiyə vətəndaşı Oğuz Akifin əl yükünə gömrük baxışı zamanı ona məxsus çantadan 68 ədəd qədim sikkə aşkar edilərək götürülüb. Həmin predmentlər tədqiqat məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinə göndərilmiş və muzeyin ekspert rəyinə əsasən, 68 ədəd sikkə orta əsrlərə (XIII-XVII) aid olub, həmin dövr Azərbaycan dövlətçiliyinin pul vahididir və arxeoloji qazıntılarda aşkar edilib.

Həmin əşyalar Azərbaycan milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilib və onların ölkə ərazisindən aparılmasına icazə verilmir.

 

Emin

 

Tarix
9 Oktyabr 2014 [11:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin