Ana səhifə
18 Dekabr 2017

“Ayla”nın Süleymanı dünyasını dəyişdi

“Ayla” filmi ilə həyatı ekranlaşdırılan koreyalı Eunja Kim mənəvi atası, qazi Süleyman Dilbirliği dünyasını dəyişib. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, müalicə aldığı Haydarpaşa Araşdırma Xəstəxanasında həyatını itirib. 91 yaşlı qazi orqan çatışmazlığından ölüb. 

Bu barədə Dilbirliyin həkimi açıqlama verib:

“12 noyabr tarixindən etibarən ciddi şəkildə müalicə olunur. 24 saat ərzində halı pisləşdi, orqan çatışmazlığından əziyyət çəkirdi. Müdaxilələrə baxmayaraq qazimizi xilas etmək mümkün olmayıb”. 

Xatırladaq ki, Süleyman Dilbirliği 1950-ci ildə Koreya müharibəsində ailəsini itirən 5 yaşlı qızı sahiblənərək adını Ayla qoymuşdu. Onun bu hekayəsi “Ayla” filminin yaranmasına səbəb olmuşdu. 

Qeyd edək ki, "Oskar"da "Ən yaxşı xarici film" nominasiyasına namizəd olan film ötən gündən etibarən Nizami Kino Mərkəzində yayımlanmağa başlayıb. Filmin ilk nümayişi mətbuat nümayəndələri üçün təşkil olunub. 

Tarix
7 Dekabr 2017 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ