Ana səhifə
19 Dekabr 2017

Azərbaycan Səudiyyə Ərəbistanına bal və ət məhsulları ixrac edə bilər

Azərbaycandan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyası çərçivəsində sahibkarlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə yerli məhsullar barədə məlumat verilib, onların market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərfəli görüşlər zamanı “Kerkom” şirkəti Azərbaycan balının, “Aqro-MTS” şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar. “Milk-Pro” şirkəti isə “Sunbulah Group” distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.
Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində də olub, məhsullarımızın bu ticarət şəbəkələri vasitəsilə satışının təşkili imkanlarını araşdırıblar.
Xatırladaq ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunmuş missiyaya müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.

Tarix
7 Dekabr 2017 [14:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ