Ana səhifə
19 Dekabr 2017

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı

Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan İntellektual Birİncisi” layihəsi başa çatıb. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən layihənin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. 
“İrəli” İctimai Birliyinin silsiləvi layihələrindən olan, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan "Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Layihə zamanı regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib. Beləliklə Azərbaycanın 11 regional turniri 70 rayonda yekunlaşıb.
 

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış ediblər. 
İctimai Birliyin sədri MirHəsən Seyidov çıxışında deyib ki, bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub.

Tarix
7 Dekabr 2017 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ