Ana səhifə
19 Dekabr 2017

BTQ-də yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır

Bakı-Tbilisi-Qars (btq) dəmir yolu xəttinin Marabda-Kartsaxi və Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejimini müəyyən edilməsi üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi və “Ukrayna investisiya-konsaltinq” şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə sınaqlar keçirilib.


"Report" ADY-yə istinadən xəbər verir ki, bu sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə ( hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və s.) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.
Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları ADY-nin rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.
Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.

Tarix
7 Dekabr 2017 [13:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ