Gürcüstanda yanacaq yenidən bahalaşıb

Gürcüstanda bir sıra yanacaq növlərinin pərakəndə satış qiymətində artım qeydə alınıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bahalaşma 1-2% civarındadır.
Məlumata görə, “Nano Super” markalı benzinin qiyməti 2,47 laridən 2,5 lariyə (1,22%), “Nano Premium” - 2,37 laridən 2,4 lariyə (1,27%), “Nano Euro Regular” isə 2,23 laridən 2,27 lariyə (1,79%) qədər bahalaşıb.

Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) satışa çıxarılan dizel yanacağı üzrə də bahalaşma müşahidə edilib. Belə ki, “Nano Diesel” 2,22 laridən 2,27 lariyə (2,25%), “Nano Euro Diesel” isə 2,35 laridən 2,4 lariyə (2,13%) kimi bahalaşıb.
Qonşu ölkənin YDM-lərində satılan maye qaz (LPG) və sıxılmış qazın (CNG) qiymətində isə dəyişiklik yoxdur. Belə ki, LPG-nin bir litri 1,65 lariyə, CNG isə 1,52 lariyə satılır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 gürcü larisinin rəsmi məzənnəsi 0,6304 manatdır.

Tarix
7 Dekabr 2017 [13:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin