Ana səhifə
19 Dekabr 2017

İradə Cavadova kollegiyadan narazı qalıb

Bu gün Vəkillər Kollegiyasının konfransında yeni sədr və Rəyasət Heyətinin üzvləri seçilib.

Bugünə kimi RH üzvü olan vəkil İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, seçki prosesindən narazı qalıb: “Konfransa sədrlik edən Aydın Axundov prosesi çox sərt formada idarə edirdi. Mən neçə dəfə əlimi qaldırsam da, söz verilmədi. Onlar elə bilirdilər ki, mən öz namizədliyimi irəli sürəcəyəm. Ona görə də buna imkan vermədilər. Amma mən başqa bir vəkilin namizədliyini irəli sürəcəkdim və sadəcə çıxış edib vəkillərin problemlərindən, 2 manat məsələsindən danışacaqdım. Müavinliyə namizədlər irəli sürülərkən də çox adama imkan verilmədi ki, namizəd irəli sürsün.Hər şey əvvəlcədən necə qurulmuşdusa, elə də oldu. Yəni öz istədikləri kimi”. 

Qeyd edək ki, bugünkü iclasda Anar Bağırov sədr, Aydın Axundov və Pərviz Musayev isə müavin seçiliblər.

Tarix
7 Dekabr 2017 [13:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ