Ana səhifə
18 Dekabr 2017

Biləsuvarda oğru dəstə tutuldu

Biləsuvar rayonunda oğurluq edən dəstə saxlanılıb.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən verdiyi məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə rayonun Nəsimi kəndindəki mağazaların birinə pəncərədən girərək 33 manat pul və tütün məmulatı oğurlayan rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılıblar. 

Onların həmin gün daha 2 mağazadan ərzaq məhsulları və kosmetik əşyalar oğurlaması, Cavid İbadova məxsus “VAZ-2106”, Kəlbi Fərhadova məxsus “VAZ-2107” və Famil Əsgərova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, habelə Qurban Ağayevə məxsus “VAZ-2107” markalı avtomobilin arxa şüşəsini sındırmaları da müəyyən edilib.

Tarix
7 Dekabr 2017 [21:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ