Ana səhifə
18 Dekabr 2017

Azərbaycanın qadın voleybol millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:
A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika
B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba
C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənibi Koreya, Tailand, Trinidad və Tobaqo
D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya
Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq.

Tarix
7 Dekabr 2017 [19:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ