Rusiyada islah müəssisəsində yanğın olub

18:25 - 7 Dekabr 2017 - DÜNYA

Bryanskda, Komarova küçəsi ünvanında 1 saylı islah müəssisəsində yanğın baş verib.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, region fövqəladə xidməti yanğının müəssisənin camaşırxanasında başlaması barədə xəbər yayıb.

Xidmətdən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti