Ana səhifə
22 Sentyabr 2018

KTN-də seminar keçirilir

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli Sərəncamı  və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanının icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində Avropa Komissiyasının “Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) proqramı” çərçivəsində Azərbaycanda Aqroparkların yaradılması mövzusunda üç günlük seminar öz işinə başlayıb.

 

 

Ucnoqta.az xəbər verir ki, seminarın məqsədi Azərbaycanda aqroparkların yaradılmasının həyata keçirilməsi layihəsinə dair strategiyaların və qanunvericilik meyarlarının ən yaxşı praktiki nümunələrini və qabaqcıl təcrübələr haqqında məlumat yayımını təmin etməkdən ibarətdir.     

Seminarda Aqroparkların mahiyyəti, bu sahədə Avropa ölkələrinin təcrübəsi, ölkəmizdə  kənd təsərrüfatının inkişafında aqroparkların rolu, qanunvericilik təminatı, dövlətin müdaxiləsi və dəstəyi,  yerləşdirilməsi,  kriteriyaları,  elmi-tədqiqatların rolu və töhvəsi, aqroparkların fəaliyyətinin dəstəklənməsi,  bu sahədə informasiya mübadiləsi və İT təminatı, maliyyələşdirilməsi, maliyyə resursları, idarə edilməsi və digər məsələlər üzrə seminar iştirakçılarına məlumatlar verilmiş və mövzu ətrafında müzakirələr aparılır.

Seminarda kənd təsərrüfatı nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssis və alimləri, habelə vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri iştirak edir.

Seminar 29 noyabr tarixinədək davam edəcək.

 

Bəhruz

Tarix
26 Noyabr 2014 [20:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin