Ana səhifə
19 Dekabr 2017

“WİFİ”yə görə iki nəfəri bıçaqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qonşusunu bıçaqlamaqda təqsirləndirilən Xəqani Əliyevin məhkəməsi başayıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 18-də davam etdiriləcək.
 

Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü X.Əliyev gecə vaxtı qonşusunun hasarına söykənərək onun “wifi” şəbəkəsinə qoşularaq internetdən istifadə edib. Qonşusu Ələkbər küçəyə çıxaraq ona irad bildirib. Digər qonşu Emin Əliyev də eyni formada ona irad tutaraq düz hərəkət etmədiyini deyib. X.Əliyev öz evinə gələrək mətbəxdən bıçaq götürüb və geri qayıdaraq hər iki şəxsi bıçaqlayıb. Daha sonra hadisə yerindən qaçıb.

Tarix
7 Dekabr 2017 [01:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ