Ana səhifə
18 Dekabr 2017

Hikmət Hacıyev etiraz etdi — "Köçəri türk mənşəli sözdür"

“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir”.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
 
“Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.
 
Qeyd edək ki, bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.  

Tarix
6 Dekabr 2017 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ