Ana səhifə
26 Sentyabr 2018

Çempionlar liqasında V turun oyunları - bu gecə 23 qol

Çempionlar Liqasında V turun oyunlarına start verilib.
 

 

Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə  8 qarşılaşma keçirilib.

E qrupunun lideri "Bavariya" klubu səfərdə “Mançester Siti”nin qonağı olub. Son İngiltərə çempionu növbəti mərhələ şanslarını saxlamaq üçün bu oyunda qalib gəlməli idi. “Şəhərlilər” bu işin öhdəsindən gəlib – 3:2. 

Moskva CSKA-sı isə evdə "Roma"nı qəbul edib.  Hər iki komandanın eyni xala malik olması görüşə marağı bir qədər də artırırdı. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

F qrupunda PSJ doğma meydanda "Ayaks"I məğlub edib – 3:1. “Barselona” isə Kiprdə APOEL-i darmadağın edib – 4:0. Beləliklə, APOEL- və "Ayaks" Çempionlar Liqasında mübarizəni dayandırıb, “Barselona” və PSJ isə 1/8 finala yüksəlib.

G qrupunda liderlər mövqeyində qərarlaşan Şalke" və "Çelsi" bu dəfə Almaniyada üz-üzə gəlib. "Çelsi" bu dəfə rəqibinə aman verməyib – 5:0. Xatırladaq ki, ingiltərədəki oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Portuqaliyada "Sportinq" "Maribor"la qarşılaşıb. Hər iki komandanın 1/8 finala yüksəlmək şansı olduğundan oyuna maraq böyük idi. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbədi ilə başa çatıb.

H qrupunda BATE lider "Portu"nu qəbul edib. Növbəti mərhələyə yüksəlmək şansını saxlaması üçün Belarus klubu bu görüşdə mütləq qələbə qazanmal idi. Lakin “Portu” buna imkan verməyib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.  "Şaxtyor" (Donetks) klubu isə evdə "Atletik" (Bilbao) komandasını sınağa çəkib. Donetsk təmsilçisi bu görüşdə qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edə bilərdi. Lakin bu oyunda da qonaqlar minimal hesablı qələbə qazanıb.

 

Bəhruz
 

Tarix
26 Noyabr 2014 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin