Ana səhifə
24 Sentyabr 2018

Prezidentdən silah mesajı

"Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir". ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Dövlət başçısı dəfələrlə müharibə şəraitində yaşadığımız qeyd etdiyini, müharibənin davam etdiyini deyib. Sadəcə olaraq, atəşkəs rejimi yaradılıb. 

"Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik".

Prezident bütün bunlarla bərabər Azərbaycanda hərbi istehsalın inkişaf etdiyini deyib. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. "Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir. 
Əlbəttə ki, dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Hesab edirəm biz bu ilin sonuna qədər bu proqramı təsdiq etməliyik ki, gələn il vaxt itirmədən investisiya layihələrini icra edək".

Tarix
9 Oktyabr 2014 [11:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin