Fələstinin İngiltərə səfiri — "ABŞ-ın bu qərarı sülh üçün "ölüm öpüşü" olacaq"

14:58 - 6 Dekabr 2017 - DÜNYA

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı müsəlman dünyasında sərt reaksiyalara səbəb olub.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Fələstinin İngiltərədəki səfiri açıqlama verib. Səfir bildirib ki, bu qərar sülh üçün "ölüm öpüşü" ola bilər.
 

Səfir Maunel deyib: "Bu qərar şiddətin yenidən başlayacağı anlamına gəlir və sülh prosesinə atılmış bir "ölüm öpüşü"dür. Tramp Orta Şərqdə Qüdsün İsrailin nəzarətinə keçməsini qəbul etməyən müsəlman və xristianlara müharibə elan edir. Fələstinlilər bu qərara etiraz etmək üçün küçələrə axışaccaqlar. ABŞ-ın bu qərarı yenidən nəzərdən keçirməsi üçün bütün təzyiq vasitələrindən istifadə edəcəyik".

Xəbər xətti