Ana səhifə
18 Dekabr 2017

Bolqarıstanın Azərbaycandaki müvəqqəti işlər vəkili BMAM-da

Bu gün dekabrın 6-da Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində Bolqarıstanın Azərbaycandaki müvəqqəti işlər vəkili, səfir əvəzi Yanko Yanakiyev və konsul Kiril Apostolovla görüş keçirilib.

BMAM mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, BMAM sədri , politoloq Rufiz Qonaqov Azərbaycan-Bolqaristan əlaqələrindən danışaraq, hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini diqqətə çatdırmışdır. Rufiz Qonaqov eyni zamanda ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olaraq, beynəlxalq aləmdə qazandığı uğurlarından danışıb.
Görüş üçün təşəkkürünu bildirən Bolqaristanın ölkəmizdəki müvəqqəti işlər vəkili Yanko Yanakiyev iki ölkə arasındaki diplomatik, siyasi, iqtisadi, ticarət əlaqələrindən danışaraq , vətəndaş cəmiyyəti institutları arasında da bu əlaqələrin vacibliyini bildirmişdir. Cənab Yanko Yanakiyev eyni zamanda, gələn ilin ilk altı ayının Bolqaristanın Avropa Birliyinə rəhbərlik edədəyinini mühum hadisə adlandırıb.
Görüşdə BMAM sədrinin xarici əlaqər üzrə müşaviri, Ramin Səmədov, iqtisadi məsələlər üzrə müşaviri Nazim Süleymanov, baş məsləhətçi Esmira Həmzəbəyova, Bolqaristanın Azərbaycandaki konsulu Kiril Apostolov iştirak edib.
 

Tarix
6 Dekabr 2017 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ