Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə etiraz aksiyası keçirirlər

14:18 - 6 Dekabr 2017 - DÜNYA

Gurcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvü, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə dəstək aksiyası keçirirlər. 

Ucnoqta.az "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, Rustaveli metro stansiyasınin qarşısına toplaşmıs 500-dək insan Ukrayna hökümətindən M.Saakaşvilinin təqibinə son qoymağı tələb edib, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb ediblər. 

Aksiya iştirakçıları M.Saakaşvilinin Ukraynada təqib olunmasında Gürcüstan hökumətini də günahlandırıblar. 
Havanın yağmurlu və soyuq olmasına baxmayaraq, aksiyaya gələnlərin sayı artır.


Xəbər xətti