Tereza Meyə qarşı sui-qəsd

23:11 - 6 Dekabr 2017 - DÜNYA

Böyük Britaniyanın xüsusi xidmət orqanları iki nəfəri saxlayıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, saxlanılanlar baş nazir Tereza Meyə qarşı sui-qəsd planı hazırlayıblar.

Xəbəri "The İndependent" qəzeti yayıb. Məlumatı isə "Mİ-5" kəşfiyyat qurumunun sədri Endrü Parket verib.

Saxlanılanlar terrorizm maddəsi ilə ittiham edilir. İlkin versiyaya əsasən, Tereza Meyi radikal islamçılar qətlə yetirmək istəyib.

Onların planı baş nazirin evinin yanında bomba partlatmaq, sonra isə bıçaqla hücuma keçmək olub.

Xəbər xətti