Ana səhifə
21 Noyabr 2018

Foqtsun xələfinə 1,5 milyon: kimdir o? - Fotolar

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib. Yığıncaq dekabrın 3-də baş tutacaq.

 


Axar.az xəbər verir ki, yığıncağın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisinin təsdiqlənməsidir. Hazırda ölkəmizdə olan xorvatiyalı Robert Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, komitə məhz onu bu posta təsdiqləyəcək. Xorvatiya mətbuatı çalışdırıcının AFFA ilə müqavilə imzalayacağı halda 1,5 milyon dollar qazanacağını iddia edir.


Bu ölkənin Tportal.hr saytı 45 yaşlı mütəxəssisin Avro-2016-nın seçmə mərhələsinin sonunadək yığmamızda çalışmaq üçün məhz bu məbləğə razılaşdığı haqda məlumat yayıb. 


Son iş yeri Türkiyənin “Kayserispor” klubu olan Prosineçki ölkəmizdə səfərdədir. O, “Xəzər Lənkəran” - “Neftçi” qarşılaşmasını (2:2) canlı izləyib. 


“İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiçin Apasport.az saytına müsahibəsində deyib ki, o, çox güclü mütəxəssisdir: “Komandanız üçün əla seçim olacaq və uğur qazana biləcəksiniz. Az müddət də olsa, onunla birgə oynamışam. Onun işlədiyi komandaların necə futbol oynadığını görsəniz, başqa cür düşünəcəksiniz. O, yaşlı mütəxəssis deyil ki, karyerası ərzində bir neçə klub çalışdırsın. Gənc və iddialıdır. Düşünürəm ki, hər şey yaxşı olacaq. Çox uğurlu olacağına inamım böyükdür”. 


Prosineçki 1969 təvəllüdlüdür. Adlı-sanlı “Real Madrid”, “Barselona” kimi klublarda top qovub. Həm Yuqoslaviya, həm Xorvatiya yığımasının heyətində dünya çempionatında qol vurmuş yeganə futbolçudur. Baş məşqçi kimi ilk iş yeri serblərin “Qızıl ulduz” komandası olub.

 

Tarix
26 Noyabr 2014 [00:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin