Ana səhifə
18 Dekabr 2017

Nazim İbrahimovun yaxın dostu Arif Hacılıya ziyafət verdi FOTOLAR

Dekabrın 1-də Niderlanda səfər edən Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlının Amsterdam şəhərində maraqlı görüntüləri üzə çıxıb.

 

"Ucnoqta.az" xəbər verir ki, "Ölkə.Az"-ın məlumatına görə, Arif Hacılı və müavini Hollandiyada Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yaxın dostu hesab olunan İlhan Aşkın tərəfindən müşayiət olunub.

Səfər zamanı İlhan Aşkın Azərbaycan müxalifətinin lideri ilə bir sıra görüşlər keçirib. Görüş zamanı Prezident İlham Əliyevin yürütdüyü siyasət pislənilib, bu siyasət əleyhinə sərt fikirlər səsləndirilib. Həmin görüşdə iştirak edən və özünü Prezident İlham Əliyevə “dost” hesab sayan İlhan Aşkın isə Arif Hacılının bu sayıqlamalarına qarşı səssiz qalıb. Hətta bu cür hərəkətlərdən sonra İlhan Aşkın Arif Hacılı və onun müavininə  qonaqlıq da verib. Üstəlik də İlhan Aşkın Arif Hacılı ilə görüşlərini gizlətməyib, bu barədə özünün sosial şəbəkədəki səhifəsində də məlumat yayımlayıb. 

Sual olunur ki, tez-tez Avropaya səfər edib, Azərbaycana qarşı başucalığı gətirməyən kampaniyalar aparan Arif Hacılıya bu qədər məhəbbət İlhan Aşkında haradandır? Bəlkə o, 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini, həmin medalın şəxsən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən ona təqdim edildiyini, Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi rəsmi tədbirlərə tez-tez dəvət edildiyini unudub? İlhan Aşkın doğrudan da bunları unudubsa, biz faktlarla onun yadına salmağa çalışarıq. İlhan Aşkın əsla yaddan çıxartmamalıdır ki, Azərbaycan dövləti ona bu qədər vəsaiti diaspora işini gücləndirmək üçün ayırır, daha müxalifətə qonaqlıq vermək üçün deyil.

İlhan Aşkının Azərbaycan hakimiyyəti və müxalifəti ilə görüşlərini əks etdirən fotoları təqdim edirik.

 

Tarix
6 Dekabr 2017 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ