Avropa İttifaqından ABŞ-a çağırış — "Səfirliyi Qüdsə köçürməyin"

12:04 - 6 Dekabr 2017 - DÜNYA

Avropa İttifaqı Vaşinqton hökumətinə çağırış edib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Federika Moqerini Birləşmiş Ştatları sülh prosesinə rayət etmək və səfirliyi Tel-Əvivdən Qüdsə köçürməməyə çağırıb. Moqerini ABŞ dövlət katibi Reks Tillersonla Brüsseldə keçirilən görüşündə bəyanat səsləndirib.
 

Moqerinin sözlərinə əsasən, fələstinlilər və israillilər arasındakı münasibətə mənfi təsir edə biləcək istənilən addımdan qaçmaq lazımdır.

Ağ Evdən verilən xəbərə görə, Tramp son qərarını bu gün açıqlayacaq. Bununla yanaşı, səfirliyin Qüdsə köçürülməsi ən azı 1 il vaxt aparacaq.

Xəbər xətti