Kaliforniyada 38 min insan evakuasiya ediləcək

21:19 - 6 Dekabr 2017 - DÜNYA

Kaliforniyada meşə yanğınlarına görə 38 min insan evakuasiya ediləcək, azı 3 yanğınsöndürən yaralanıb, 150 tikili isə dağılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kritik situasiyanın bu həftə sonuna kimi davam edəcəyi bildirilir. 

Kaliforniya qubernatoru Cerri Braun bölgədə fövqəladə vəziyyət elan edib. Bölgədə 260 min insan işıqsız qalıb. 

Kaliforniyada meşə yanöınları oktyabrdan bəri davam edir. Ümumilikdə 100 min insan evakuasiya edilib. Son rəqəmlərə görə yanğın qurbanlarının sayı 43 nəfərdir, dəyən maddi zərər isə 3,3 milyard dollardır. 


Xəbər xətti