Ana səhifə
18 Dekabr 2017

Ramiz Həsənov: “Azərbaycan brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistandır”

“Azərbaycanın ərzaq məhsullarının brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur”. 
 

Ucnoqta.az APA-ya istinadən məlumat verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov “Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda keçirilən konfransda deyib.
 
Komitə sədri qeyd edib ki, Azərbaycan məhsullarının oğurlanmasında ən böyük təhlükə Ermənistandır: “Ağdam şərabı brendini başqa ölkələrdə istifadə edir, tanınmış “Ağdam” brendi adı altında müəyyən məhsullar istehsal edib bazarlarda satırlar. Azərbaycan brednlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən  tədbirlər görülür. Hələlik bununla bağlı beynəlxalq mexanizm mövcud deyil. Bunun üzərində iş gedir. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri  həll etməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlanılır, müəyyən məsələlərin həllinə nail oluruq”. 

Tarix
6 Dekabr 2017 [11:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ