Sumqayıtda toy məclisi zamanı gənc oğlan bıçaqlanıb

19:24 - 6 Dekabr 2017 - HADİSƏ

Sumqayıtda toy məclisi zamanı bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.
1988-ci il təvəllüdlü Muradov Şahin Malikəjdər oğlu şadlıq sarayında keçirilən toy məclisi zamanı tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti