Qurban Qurbanov: "Bütün futbolçularımdan razı qaldım"

10:05 - 6 Dekabr 2017 - İDMAN

"Bütün futbolçularımdan razı qaldım".
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub.

Xəbər xətti