Ana səhifə
18 Dekabr 2017

BOK-dan Rusiyaya ağır sanksiya: olimpiya oyunlarından kənarlaşdırıldı

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, komitə Rusiyaya sanksiya tətbiq edib və bu ölkənin milli komandasını 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Yalnız bəzi rusiyalı idmançılar Pxençxanda neytral bayraq altında yarışlara qatıla bilərlər. Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub. Rusiyan İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib. Vitse-prezident, sabiq idman naziri gələcəkdə bütün Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Eyni qərar onun müavini Yuri Naqornıx barəsində də çıxarılıb. Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Dmitri Çernışenko “Pekin-2022” Əlaqələndirmə Komitəsində iştirakdan kənarlaşdırılıb. Rusiya Olimpiya Komitəsinin hazırkı rəhbəri Aleksandr Jukov BOK-dan uzaqlaşdırılıb.
Tarix
6 Dekabr 2017 [01:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ