İspaniyada bananların arasından 6 tona yaxın kokain çıxıb

17:26 - 5 Dekabr 2017 - DÜNYA

İspaniyanın Alxesiras şəhərində polis 6 tona yaxın kokain müsadirə edib.
 

Ucnoqta.az Trend-in məlumatına istinadən bildiri ki, İspaniya polisinin keçiridiyi əməliyyat nəticəsində narkotik maddə bananların daşındığı konteynerlərdən çıxarılıb.

Polis müsadirə olunan kokainin dəyərinin 250 milyon dollara yaxın olduğunu bildirib.

Bu, İspaniyada 1999-cu ildən bəri müsadirə olunan ən böyük həcmdə narkotik vasitədir.

Xəbər xətti