Kubokun ilk oyunlarının vaxtı açıqlandı

16:23 - 5 Dekabr 2017 - İDMAN

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 10-da başlayacaq mərhələnin ilk matçında Premyer Liqanın autsayderləri “Kəpəz”lə “Keşlə” qarşılaşacaq.

İlk oyunlara çempionatın lideri və titulun son sahibi “Qarabağ”ın matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunlarının hamısı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan kuboku

1/4 final

İlk oyunlar

10 dekabr (bazar)

14:00. “Keşlə” – “Kəpəz”

“İnter Arena”

16:00. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu

11 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Sumqayıt”

Xəbər xətti