Qətlə yetirilən Yəmən prezidentinin oğlu xalqa səsləndi — "Atamın intiqamını almalıyıq"

16:20 - 5 Dekabr 2017 - DÜNYA

Yəmənin sabiq prezidenti Saleh qətlə yetirildikdən sonra oğlu xalqa səslənib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Salehin ölüm fotoları yayıldıqdan sonra oğlu yəmən xalqını intiqam almağa çağırıb.

Səudiyyə televiziyasına müsahibə verən oğul Saleh deyib: "Son husi Yəməndən qovulana qədər müharibəyə liderlik edəcəm. Atamın qanı İranın qulaqlarından çıxmayan bir cəhənnəmə dönəcək".

Əhməd Əli Saleh atasını dəstəkləyənləri şiə husilərə qarşı mübarizəyə səsləyib.

Xəbər xətti