Ana səhifə
26 Aprel 2018

Ukraynanın baş prokuroru: “Saakaşvili Rusiyadan 500 min dollar alıb”

“Əməliyyat-axtarış tədbirləri nəticəsində bəzi siyasətçilərin, ilk növbədə Mixeil Saakaşvilinin Yanukoviçin (Rusiyada yaşayan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç - “Report”), o cümlədən Sergey Kurçenkonun mütəşəkkil cinayətkar dəstəsi ilə əməkdaşlıq etməsinə dair faktlar aşkarlanıb”.



“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko dekabrın 5-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.
O, cinayət işi üzrə bəzi detalları da açıqlayıb: “Ukrayna vətəndaşı Severino Denqadze Saakaşvilinin razılığı ilə Sergey Kurçenkonun hələ gizlənən etibarlı nümayəndəsi ilə görüşüb və keçmiş qubernatorun davamlı maliyyələşdirilməsi qarşlığında mütəşəkklil cinayətkar qruplaşmanın marağına işləyəcəyini vəd verib. Biz Saakaşvilinin Rusiyadan 500 min dollar aldığını müəyyənləşdirmişik”.
Y.Lutsenkonun sözlərinə görə, “Yeni Qüvvələr Hərəkatı”nın lideri M.Saakaşvili barəsində Cinayət Məcəlləsinin cinayətkar təşkilatlara dəstək vermək maddəsi ilə cinayət işi açılacaq: “Hazırda onun ektradisiyasından deyil, istintaqından söz gedir. Biz onun gecə-gündüz ev dustaqlığında qalması ilə bağlı vəsadət qaldıracağıq”.
Baş prokuror deyib ki, S.Danqadzeyə qarşı isə dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılacaq.  
Məlumata görə, tərəfdarları Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının M.Saakaşvilini həbs etməsinə imkan verməyiblər və o, sərbəst buraxılıb.

Tarix
5 Dekabr 2017 [16:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ