Ana səhifə
18 Dekabr 2017

Milli Parklara onlayn bilet almaq imkanı

Ölkə ərazisindəki 9 milli parka onlayn bilet əldə etmək mümkündür.

Trend bu barədə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hazırda ölkə ərazisində 9 milli park (1. Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, 2. Ağgöl Milli Parkı, 3. Şirvan Milli Parkı, 4. Hirkan Milli Parkı, 5. Altıağac Milli Parkı, 6. Abşeron Milli Parkı, 7. Şahdağ Milli Parkı, 8. Göy-göl Milli Parkı, 9. Samur-Yalama Milli Parkı) fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışına başlayıb.

ETSN-in elektron xidməti vasitəsilə aşağıda qeyd olunan linkə daxil olaraq Milli Parklara onlayn bilet əldə etmək mümkündür - https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=3.

Tarix
5 Dekabr 2017 [15:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ