Prezidentlərin 6 qalmaqallı "utancı"

14:25 - 5 Dekabr 2017 - MARAQLI

Onlar sonradan bunun bir zarafat olduğunu deməklə özlərini təmizə çıxarmağa çalışıblar


Dünyada yalnız adi insanlarla bağlı maraqlı hadisələr baş vermir. Bəzən dövlət başçıları da səhvləri ilə gülünc vəziyyətə düşürlər. Mikrofonun söndürülmədiyindən xəbərsiz olan dövlət başçıları açıqlamaları ilə pis vəziyyətə düşürlər. Sonradan isə bunun bir zarafat olduğunu deməklə özlərini təmizə çıxarmağa çalışırlar. Əslində isə həmin açıqlamalarda onların nə düşündükləri ortaya çıxır. Sizə onlardan bəziləri ilə bağlı məlumat veririk.


1. 11 avqust 1984-cü ildə ABŞ prezidenti Ronald Reyqan mikrofonun açıq olduğunu bilmədiyindən zarafat edib: «Mən Rusiyanın qanundan kənar olduğunu elan edən qanun imzalamışam. 5 dəqiqədən sonra biz bombardmana başlayacağıq». Maraqlısı budur ki, Reyqanın müraciəti adi bir mövzuya - dövlət məktəblərində dini təşkilatların görüşlər keçirməsinə aid olub. Audioyazı mətbuata sızdırılandan sonra sovet ordusu qısa müddətli də olsa tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Ağ Ev bunun ardınca Kremli Reyqanın zarafat etməsinə inandırmaq məcburiyyətində qalır. Bu dönəmdə Reyqanın reytinqi prezidentliyə namizəd demokrat  Volter Mondeylə nisbətən kəskin dərəcədə aşağı düşüb.
Ronald Reyqan Samosa diktatoru haqqında isə deyib:  “Əclafdır, amma bizim əclafdır” .
Ronald Reyqan barədə bir faktı da sizin diqqətinizə çatdırırıq. O, prezidentliyi dövründə kommunizmin dağılmasında əsas rol oynayıb. 12 iyun 1987-ci ildə Qərbi Berlində Brandenburq qapıları önündə Berlin divarları arxasında-əhali qarşısında çıxış edərkən prezident Ronald Reyqan deyirdi ki, Sovetlər Birliyində keçirilən islahatları dəstəkləyir, ancaq yalnız reformalarla iş tamamlanmır. Onun səsi olduqca nüfuzedici səslənirdi: “Cənab Qorbaçov, açın bu qapını! Cənab Qorbaçov, uçurun bu divarı!”
Şərqi Berlin əhalisi divarı sökməyə cəhd etdiklərində, Reyqan həmin ərəfədə 10 ay idi ki, prezidentlik fəaliyyətini dayandırmışdı. Məhz o, baş vermiş inqilabın atası sayılırdı. Siyasi cəhətdən aciz olan Qorbaçov isə nəinki divarın sökülməsinə, həm də iki alman dövlətinin birləşməsinə səbəb oldu.  


 2. May 2002-ci il.  Həmin vaxt Avropa İttifaqı, Latın Amerikası və Karib hövzəsi ölkələri sammitində Braziliya prezidenti Fernando Enrike Kardozo və Meksika prezidenti Visente Foks İspaniyanın diktator Fransisko Frankonun ölümündən sonra nəyin sayəsində iqtisadi çətinliklərdən qısa müddətdə çıxdığı barədə söhbət ediblər. Bunun demokratiyanın təntənəsi deyil, Avropa ölkələrinin köməyi sayəsində olduğunu bildiriblər. Kardozo və Foks bir-birinə şikayətləniblər ki, çətin ki, nə vaxtsa özləri üçün ABŞ-dan bu cür köməklik gözləsinlər. Dövlət başçılarının söhbətlərini hamı eşidib. Onların bu söhbəti ABŞ-a o qədər də etibar etmədiklərini ortaya qoyub. 


3. Noyabr 2011-ci il. İki payız günündə Fransa prezidenti Nikola Sarkozi özünü o dərəcədə biabır edib ki, qarşıdakı prezident seçkisi öncəsi etibarını həmişəlik  itirib. Tədbirin təşkilatçılarının səhvi səbəbindən jurnalistlər Sarkozi və Obamanın söhbətini sinxron tərcümə aparatı vasitəsilə dinləyiblər. Nikola Sarkozi söhbət zamanı İsrail baş naziri Binyamin Netanyahunu yalançı adlandırıb, onu heç cür həzm edə bilmədiyini söyləyib. Öz növbəsində Obama: “O səni boğaza yığıbsa, mən onunla hər gün iş görmək məcburiyyətində oluram”, - deyə cavab verib. İsrail rejimində bu hadisə heç də birmənalı qarşılanmayıb. İsrail rejiminin Əmək Partiyasının deputatlarından biri: “Əgər Netanyahu bu cür sanballı liderləri aldadırsa, indi görün o, bizə nə qədər yalan danışar”.
  
4. 2006-cı ilin yayında Sankt-Peterbruqda G8 liderlərinin sammitində də maraqlı hadisə baş verib. Səhər yeməyi zamanı ABŞ prezidenti Corc Buş (oğul) Böyük Britaniya baş naziri Toni Bleyerə müraciət edərək deyib: «Ey Bleyer! Elə ki Suriya və «Hizbullah» orada p.xu qarışdırmaqdan əl çəkəcək, bütün bunlar sona çatacaq». Replika söndürülməmiş mikrofon sayəsində ictimaiyyətə məlum olub. Qeyd etmək yerinə düşər ki, həmin danışıq İsrailin Livanda həyata keçirdiyi xüsusi əməliyyatın başa çatdığı bir vaxtda baş verib. Bu əməliyyat faktiki olaraq yəhudi dövlətinin «Hizbullah»a qarşı müharibəsi idi. Buş bu replika ilə bütün problemlərə İsrailin deyil, Suriya və «Hizbullah»ın səbəb olduğunu göstərir. Bu sözlərindən sonra bəzi dünya mətbu orqanları Buşu tənqid atəşinə tutur və bəziləri də Buşun onu “Ey Bleyer!” səsləməsinə görə Bleyeri Buşun əlaltısı adlandırıblar.


5. 2012-ci ilin martında Seulda ABŞ prezidenti Barak Obama ilə Rusiya lideri Dmitri Medvedevin görüşündə ən qalmaqallı hadisələrdən biri baş verib. Obamanın «mətbuat üçün  nəzərdə tutulmayan» sözləri az qala onun başına bəla olacaqdı. O bildirib ki, özünün 2012-ci ilin noyabrında yenidən seçildikdən sonra Raketdən Müdafiə Sisteminin Avropada yerləşdirilməsilə bağlı fikir ayrılığının nizama salınmasında «daha uyuşqanlıq» nümayiş etdirəcək. Medvedev bu sözləri yeni Rusiya prezidenti seçilmiş Vladimir Putinə çatdıracağını bildirib. Bu insident Obamanı az qala prezident postundan edəcəkdi. 2012-ci il seçkisində Obamanın opponentləri onu Amerikanın maraqlarına «xəyanətdə» günahlandırdı.


5. Rusiya prezidenti Vladimir Putin nazir və qubernatorların iştirakı ilə bu ilin aprelində keçirdiyi iclasda maraqlı açıqlama verib. Elistada keçirilən iclas az qala qalmaqala səbəb olacaqdı. Müxalifət ölkənin ali rəhbərliyinin tamamilə aciz olduğunu bildirdi. Həmin iclasda Putin deyib: «Biz necə çalışırıq? İş keyfiyyəti-cüzidir. Hər işi üzdən görürük. Əgər bu cür işləsək heç nə edə bilməyəcəyik… Biz dəyişiklik etməliyik. Etiraf etməliyik ki, 
effektli işləmirik ,ya da biz hamımız pis işləyirik və siz getməlisiniz! Sizin diqqətinizə çatdırım ki, mən bu gün ikinci varianta meyil edirəm» 
  

Hazırladı: Pünhan


Xəbər xətti