Ana səhifə
16 Noyabr 2018

Diaspor rəhbərinin oğlunun meyiti bu gün Azərbaycana göndəriləcək - YENİLƏNİB

Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

 
Ucnoqta.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
 
Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qanlar içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib. 
 
O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb. 
 
Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov APA-ya mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".

Tarix
5 Dekabr 2017 [13:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin