Futbolçunun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub

23:34 - 5 Dekabr 2017 - İDMAN

Kiyev “Dinamo”sunun futbolçusu Denis Qarmaşın avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. 

“Report” TSN-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın paytaxtında baş verib.

Bildirilir ki, onun avtomobili Dnepropetrovsk küçəsində yeraltı dayanacaqda atəşə məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.

Xəbər xətti