Sabaha olan hava proqnozu açıqlanıb

12:52 - 5 Dekabr 2017 - ÖLKƏ İÇİ

Bakı və Abşeron yarımadasında dekabrın 6-da havanın dəyişkən buludlu olacaq, arabir tutulacaq.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi  əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8, gündüz 8-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. 


 Tibbi-meteoroloji proqnoz

Dekabrın 06-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər xətti