Kaliforniya "yanır" - 600 ailə təxliyə edildi

11:22 - 5 Dekabr 2017 - DÜNYA

ABŞ-ın qərbində Kaliforniya ştatında meşə yanğınları tüğyan edir.

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, yanğınla əlaqədar 600-dən çox ailə həmin yerə yaxın ərazilərdən təxliyə edilib.

Məlumata görə, yanğın 12 kv.km ərazini əhatə edib. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində işi davam etdirirlər.

Yanğın nəticəsində xasət alanlar barədə məlumat verilməyib. Lakin yerli polisin verdiyi məlumata görə, yanğın nəticəsində 2 tikili külə dönüb.

Xəbər xətti